Azərbaycanın 3 bölgəsində qaz olmayacaq 

10:00 23.07.2019 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bu gün səhər saat 09.00-dan axşam saat 18.00-dək Gəncə şəhərinin bir hissəsi, Bağmanlar qəsəbəsi və Ağsu rayonunun 41 yaşayış məntəqəsində qaz təchizatı dayandırılıb.

“Azəriqaz” İstehsalat Birliyindən hafta.az-a verilən məlumata görə, məqsəd aşkarlanan qaz sızmalarının aradan qaldırılmasıdır.

Naftalan rayonunda isə bir qrup abonentin qaz təchizatı texniki baxışın aparılmasına görə dayandırılıb. Qazın verilişi saat 17.00-dək bərpa olunacaq.

Xaçmaz şəhərində bir qrup abonentin bəzi təmir işləri ilə bağlı səhər saat 09.00-dan dayandırılan qaz təchizatı isə sabah bərpa olunacaq.